YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gücümüz birlikdədir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də İmişli rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, təşviqat qrupunun üzvləri Novruz Quliyev, Lalə Heydarova, Zahidə Əliyeva, Aqil İsmayılzadə və Səbuhi Mürsəliyev çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan öz tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasının cənab İlham Əliyevin siyasətinin şah əsəri olduğu və bu Zəfərin tarixdə əbədi qalacağı vurğulanıb.

Təşviqat qrupunun üzvləri qalib Liderin yürütdüyü strategiyanın Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını isə daha güclü etməyə hədəfləndiyini söyləyiblər.

Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək onlara Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün rayonun Qızılkənd kəndində də seçicilərlə görüş keçirilib.