YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbəmizi təmin edən Liderə səs verəcəyik

Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də YAP Nərimanov rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, təşviqat qrupunun üzvləri Eyvaz Hümbətov, Tamerlan Əkbərov və digərləri çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz  30 illik erməni işğalına son qoydu. 2020-ci ilin Vətən müharibəsi zamanı Azərbaycan tarixi ərazisi olan Qarabağ və Şərqi Zəngəzura nəzarəti bərpa etdi. 2023-cü il oktyabrın 15-də prezidentliyinin 20-ci ilinin tamam olduğu bir gündə Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağını Xankəndi şəhərində dalğalandırdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu fakt həm də milli dövlətçilik tarixində ərazi bütövlüyümüzün bərpası, Qələbəmizin tam təmin olunması kimi yaddaşımıza həkk edildi.

Qeyd olunub ki, məhz Prezident İlham Əliyevin sayəsində bu şanlı günlərin şahidi olan keçmiş qaçqın və məcburi köçkünlər, onların övladları və nəvələri işğaldan azad edilmiş doğma torpaqlara qayıdırlar. Bütün bunları əsas tutaraq seçicilər prezident seçkilərində qalib Lider İlham Əliyevə səs verəcəklər.

Qeyd edək ki, yanvarın 24-də təşviqat qrupunun üzvləri seçicilərlə fərdi görüşlər də keçiriblər.