YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfər seçkisi

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Balakən rayonunda şəhid ailələri, qazi və müharibə veteranı olan seçicilərlə görüş keçirilib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, təşviqat qrupunun üzvləri - Birinci Qarabağ müharibəsi qaziləri Şaban Daşdəmirov, Sarvan Şibliyev, Vətən müharibəsinin iştirakçısı Osman Əliyev və digərləri çıxış ediblər.

Çıxışlarda fevralın 7-ə təyin edilmiş prezident seçkilərinin əhəmiyyətindən, YAP-ın namizədi cənab İlham Əliyevin Azərbaycan dövlətçiliyi naminə həyata keçirdiyi misilsiz xidmətlərdən, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından bəhs edilib.

Qeyd olunub ki, müstəqilliyimizi bərpa etdikdən sonra fevralın 7-də keçiriləcək prezident seçkiləri ilk dəfə bütövlükdə Azərbaycan ərazisində keçiriləcək. Odur ki, bu, həm də tarixi Zəfər seçkisi adlandırılır.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də günün ikinci görüşü Balakən rayonunun Qaysa kəndindən olan seçicilərlə keçirilib.