YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəngərli seçiciləri hər bir azərbaycanlının Prezidentinə səs verəcək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Kəngərli rayonunun Xıncab kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, təşviqat qrupunun üzvləri Ehtimad Məmmədov, Yaşar Maxsudov, Əşrəf Babayev çıxış ediblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan dövlətçiliyi qarşısında duran taleyüklü məsələlər həll olunub. Ötən illər ərzində əldə edilən ən böyük uğur isə torpaqlarımızın işğaldan azad edilməsi və üçrəngli bayrağımızın Azərbaycanın bütün suveren ərazilərində dalğalandırılması olub. Ona görə qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Çıxış edənlər seçiciləri qarşıdan gələn 7 fevral prezident seçkilərində Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin davamçısı cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, Kəngərli rayonunun Böyükdüz, Çalxanqala, Qarabağlar, Xok kəndlərində və Qıvraq qəsəbəsində seçicilərlə fərdi görüşlər keçirilib.