YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səsimiz sözü imzası qədər qüvvətli olan qalib Liderədir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Nəsimi rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, partiyanın Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, Yaşar Əhmədov, Anar Vəliyev və Aydın Talışınski çıxış ediblər.

Görüşdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuz erməni təcavüzkarlarını torpaqlarımızdan qovaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Bu, xalqımızın unudulmayacaq Qələbəsi, ədalətin təntənəsidir.

Natiqlər Prezident İlham Əliyevin Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən bir Lider olduğunu bildiriblər.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycana uğurla rəhbərlik edən Lider İlham Əliyevə səs verəcəklərini söyləyiblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq Mərdanov qardaşları və Nəcəfbəy Vəzirov küçələrində də görüşlər keçiriblər.