YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail seçiciləri davamlı inkişafı dəstəkləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Səbail rayonunda yaşayan gənclər, o cümlədən idmançılar və tələbə seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov, təşviqat qrupunun üzvləri Nicat Hüseynov, Dəyanət Musayev, Əhliman Qarayev, Rəşad Bayramov, Xəlil Babayev, Vüqar Sərdarov və Razim Məmmədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderliyi, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

Çıxış edən seçicilər ötən dövrdə həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini, seçkilərdə fəal iştirak edərək YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, Səbail rayonu “Bibiheybət yolu 5” və “Xəqani küçəsi 7”  ünvanlarında yaşayan seçicilərlə də görüş keçirilib.

Eyni zamanda, şəhid Əli Tağıyevin ailəsi ziyarət olunub, onların qayğı və problemləri dinlənilib.