YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəflər naminə...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Gəncə şəhəri, “Məcburi Köçkün qəsəbəsi 2”-də Xocalı seçicilərilə görüş keçirilib.

Görüşdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, təşviqat qrupunun üzvləri Aqil Məmmədov, Rafiq Quliyev, Məhəmməd Məmmədov, İslam Bayramov və başqaları çıxış ediblər. Bildirilib ki, ötən 20 ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizdə hərtərəfli dinamik inkişafı təmin edərək qüdrətli ordu formalaşdırdı və xalqımıza Zəfər sevincini bəxş etdi.

Natiqlər xalqımızın bu dəfə də düzgün seçim edərək dövlətimizin təhlükəsizliyini, iqtisadi qüdrətinin ilbəil artmasını təmin edən cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduqlarını bildiriblər.

Seçicilər də ölkəmizin davamlı inkişafı naminə 7 fevral prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar

Qeyd edək ki, seçicilərlə fərdi görüşlər də keçirilib, şəhid ailələri ziyarət olunub.