YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz uğurlarımızın qarantı İlham Əliyevdir”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Xaçmaz rayonu Yalama  kəndində  seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təşviqat qrupunun üzvləri Nazim Ağayev, Nadir Süleymanov, Yetkin Mehmanov çıxış ediblər. Qeyd olunub ki, YAP bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan YAP namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də fevralın 7-də keçiriləcək prezident seçkilərində böyük ruh yüksəkliyi və yekdilliklə xalqımızın qəhraman oğlu İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, Xaçmaz rayonunda gənclər və qazilərlə də görüş keçirilib.