YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocavənd rayonunda seçicilərlə görüş olub

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsində məskunlaşmış seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, təşviqat qrupunun üzvləri Mürsəl Behbudlu, şəhid qardaşı Təvəkkül Fərəcov, Sabir Kərimov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, ki, son 20 il ərzində ölkə­miz uğurla inkişaf edib, bütün istiqamət­lər üzrə qarşıya qoyulan vəzifələr yük­sək səviyyədə həyata keçirilib. Eləcə də, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan geniş­miqyaslı bərpa-quruculuq layihələri dövlətimizin gücünün daha bir göstəricisidir.

Natiqlər seçiciləri qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində fevralın 7-də xalqımızın Qarabağ həsrətinə son qoyan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv