YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncəlilər güclü Liderə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də YAP Gəncə şəhər təşkilatında və şəhərin Ozan, Məhsəti, Totanlı, Bayan, M.Maqomayev küçələrində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, təşviqat qrupunun üzvləri Əli Həsənov, Cavid Bağırzadə, Sevinc İsgəndərova, Eldar Mehdiyev, Ramil Qasımov və başqaları çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev haqlı olaraq yeni əsrin yeni Lideri adlandırılır. Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə müstəqillik tariximizə əbədi həkk olundu. Bu, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin ən yüksək zirvəsidir. Şanlı Zəfərdən sonra Azərbaycan qələbədən-qələbəyə doğru inamla irəliləyir. Natiqlər yeni zəfərlər naminə seçiciləri fevralın 7-də seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv