YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçimimiz xalqımızı qalib edən Lider İlham Əliyevdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Bərdə rayonunda YAP-ın rayon təşkilatında, eləcə də Hüseynalılar, Arabaçılar kəndlərinin seçiciləri ilə görüşlər keçirilib.

Əvvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşlər Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Görüşlərdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, təşviqat qrupunun üzvləri Qasım Hacıyev, Tərlan Musayeva, Səfurə Hümbətova, Gülnarə Əliyeva, şəhid Elməddin Hüseynzadənin anası Arzu Hüseynova, Birinci Qarabağ müharibəsi iştirakçıları Gəray Əsədov, Aqşin Hacızadə, həmçinin Birinci Qarabağ müharibəsi qaziləri Rafiq Qaraşov, Ərşad Abdullayev və İlqar Hüseynov çıxış ediblər.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi uğurlardan geniş bəhs edilib.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. 

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Sonra təbliğat qrupunun üzvləri Arabaçılar kəndində fərdi görüşlər keçiriblər.

DİGƏR Xəbərlər Arxiv