YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın xoşbəxt gələcəyini həyat amalına çevirən Lider!

Beyləqan rayonunun Yuxarı Aran, Mayak, Qəhrəmanlı qəsəbələri və  Allahyarlı kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Beyləqan rayonunun Yuxarı Aran, Mayak qəsəbələri, Allahyarlı kəndində və Qəhrəmanlı qəsəbəsində seçicilərlə görüş keçirildi.

Görüşlərdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov, təşviqat qrupunun üzvləri Azim Kərimov, İlhamə İsmayılova, Sənan Kərimov, Şəmistan İbrahimov, Niyaməddin Əsgərov, şəhid ataları Məhyəddin Dadaşov, Saleh Əliyev, Vüqar Əliyev, qazi Qiyas Məmmədli və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il ərzində ölkəmiz davamlı olaraq inkişaf edib, güclənib, regionda güc mərkəzinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. Natiqlər bu əminliyi ifadə ediblər ki, qarşıdakı dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq.

Daha sonra seçicilər vurğulayıblar ki, fevralın 7-də qələbəmizin memarı, suverenliyimizin qarantı, Müzəffər Ali Baş Komandanımıza səs verəcəklər.

Qeyd edək ki, seçkiqabağı təşviqat kampaniyası çərçivəsində rayonun Qəhrəmanlı qəsəbəsində şəhid ailələri də ziyarət olunub.

DİGƏR Xəbərlər Arxiv