YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboy seçiciləri Zəfər seçkisində fəal iştirak edəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Goranboy rayonunun Nizami kəndində ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Ürfət Həsənov, İlhamə Qasımova, Kəmalə İsmayılova, Göyüş Nağıyev və Gündüz Hacıyev çıxış ediblər. Qeyd edilib ki, Prezident İlham Əliyev xalqa verdiyi bütün vədlərə əməl edərək Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Natiqlər seçiciləri fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar. Diqqətə çatdırılıb ki, bu, həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının əyani ifadəsi olacaq.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də xalqın etimadını qazanan siyasi Lider cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, rayonun Qaradağlı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Tağıyev Şahin Rəhim oğlunun, 19 sentyabr 2023-cü il tarixdə keçirilən lokal xarakterli antiterror əməliyyatları  zamanı şəhid olmuş İmamquluyev Ümid Vüqar oğlunun ailəsi ziyarət olunub və bir qrup kənd ağsaqqalları ilə görüş keçirilib.  

DİGƏR Xəbərlər Arxiv