YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir”

Babək rayonu Kültəpə, Qaraqala, Məmmədrza Dizə, Kalbaoruc Dizə kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvar 22-də Babək rayon Kültəpə, Qaraqala, Məmmədrza Dizə, Kalbaoruc Dizə və Məzrə kəndlərində  seçicilərlə görüş keçirilib.

Görüşdə Naxçıvan MR Ali Məclisinin deputatı, YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov, Naxçıvan MR Ali Məclisinin deputatı Esmira Həsənova, təşviqat qrupunun üzvləri  Zeyqəm Məhərrəmov, Sübhən Əliyev və Əli Babayev çıxış ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının  seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar.

Görüşlərdə bildirilib ki, bu gün tariximizin yeni şanlı səhifələri yazılır. Zəfər indi genişmiqyaslı quruculuq, nəhəng dirçəliş və yeniləşmə proseslərlə uğurla davam edir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan  Ordusu  44 gün ərzində Azərbaycan torpaqlarını düşməndən azad etdi. Cənab İlham Əliyev də Azərbaycana Zəfər bəxş etmiş Liderdir!

Görüşdə natiqlər 7 fevral tarixində keçiriləcək səsvermə prosesində  fəal iştirak etməyə, qalib xalqın qalib Liderinə səs verməyə çağırışlar ediblər.

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

DİGƏR Xəbərlər Arxiv