YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə yeni qələbələrə doğru!

Biləsuvarlı seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  yanvarın 22-də  Biləsuvar şəhəri “28 may küçəsi 19 ünvanında”, eləcə də rayonun Zəhmətabad və Əliabad kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşviqat qrupunun üzvlərindən Akif Kazımov, Talıbağa Talıbov, Mirhənifə Mirsultanov, Zakir Şahbazov və Qənbərəli Bağırov, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, şəhid Rahət İsayevin atası Rafət  İsayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində ölkəmiz bugünkü yüksəlişə və inkişafa nail olub. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində Rəşadətli Azərbaycanın Ordusu 30 illik işğala son qoyub. Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi təmin edilib.  Azərbaycanın sözün əsl mənasında tam suverenliyini təmin edən möhtərəm Prezidentimiz xalqına verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirib.

Qeyd edilib ki, qədirbilən xalqımız hər zaman öz Prezidentinə inanıb, güvənib və bütün dövrlərdə dövlət başçısına öz dəstəyini nümayiş etdirib. Bu cür qarşılıqlı inam şəraitində qətiyyətli Liderimiz hələ uzun illər Azərbaycanı daha yüksək zirvələrə və böyük qələbələrə aparacaq.

Çıxış edənlər Zəfər seçkilərində seçiciləri aktiv iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi, cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər qeyd ediblər ki, fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə yenilməz Liderimiz İlham Əliyevə səs verəcəklər.

DİGƏR Xəbərlər Arxiv