YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın şərəf salnaməsini yaradan Lider!

Nizami rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Nizami rayonunda şəhid ailələrinin üzvləri, müharibə əlilləri, veteranları ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra partiyanın prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Daha sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, təşviqat qrupunun üzvü Məhi Mehdiyev, şəhid anası Kəmalə Abdullayeva və müharibə veteranı İbrahim Abzotov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 20 il əvvəl xalqın yekdil dəstəyi və etimadı ilə Prezident seçilərkən cənab İlham Əliyev ölkənin gələcəyinə və taleyinə görə tarixi məsuliyyəti Ulu Öndər Heydər Əliyevin siyasi varisi kimi öz üzərinə götürmüşdü. 20 ildə Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilib. Cənab İlham Əliyev özünün qətiyyətli siyasəti ilə xalqımızın şərəf salnaməsinə çevrilən, bizi gələcək nəsillərimiz qarşısında başıuca edən yeni tarixini yazıb və yaradıb.

Qeyd olunub ki, dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın uğurlarını şərtləndirən ən mühüm amil Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

Şəhid ailələrinin üzvləri, müharibə əlilləri, veteranları və iştirakçıları da fikirlərini ifadə edərək bildiriblər ki, qalib Lider İlham Əliyevə səs verərək ölkəmizin davamlı inkişafını dəstəkləyəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri seçicilərlə fərdi görüşlər də keçiriblər.

DİGƏR Xəbərlər Arxiv