YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı öz Lideri ilə qürur duyur

Zaqatala rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Zaqatala rayonu Danaçı kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov və təşviqat qrupunun üzvü İbrahim İbrahimov çıxış ediblər.

Qeyd olunub ki, qalib xalqın qalib Lideri cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın qarşısında daha geniş üfüqlər açılıb. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. 

DİGƏR Xəbərlər Arxiv