YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yardımlılar qalib Liderə səs verəcəklər!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Yardımlı rayon Hamarkənd və Çayüzü kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, partiyanın İdarə Heyətinin üzvü Əfsun Sucayev çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və abadlıq işləri sürətlə aparılaraq bu ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində böyük sayda keçmiş məcburi köçkün qayıtmışdır. İlk dəfə olaraq bu seçkilər Azərbaycanın bütün suveren ərazilərində keçiriləcəkdir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza qalibiyyət sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv