YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni zəfərlər astanasında!

Şabran rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Şabran rayonunun Zeyvə və Kilvar kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov və təşviqat qrupunun üzvü Təvəkkül Əliyev çıxış ediblər.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilən məqsədyönlü siyasətin əsas qayəsini güclü Azərbaycan təşkil edir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edib, uca zirvələr fəth edərək dünyada böyük mövqe sahibi olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında  ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, suverenliyimizin bərqərar olunması müasir tariximizin ən möhtəşəm hadisəsidir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər əminliklə qeyd ediblər ki, fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycan xalqının qalib Lideri, xalqımıza bu möhtəşəm Zəfər sevincini yaşadan cənab İlham Əliyevə səs verəcəklər.