YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişli sakinləri ölkənin nurlu sabahına səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də İmişli rayonunun Cəfərli, Xoşçobanlı və Murğuzalılı kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Vətən müharibəsi qaziləri İsmət Mehdizadə və Xanbala Quliyev, Vətən müharibəsi iştirakçısı İlqar Tağıyev, təşviqat qrupunun üzvləri Novruz Quliyev, Cəlil Əliyev, Əlimirzə Şirinov, İsrafil Məmmədov, Mehman Qasımov və Ramiz Əmirov çıxış ediblər. Çıxışçılar bildiriblər ki, Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırıb.

Sonda çıxış edənlər ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcək Zəfər seçkisində cənab İlham Əliyevin qalib olacağına əminlik ifadə ediblər.