YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

Ucar rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Ucar rayonunun Ənvər Məmmədxanlı, Türkəci, Yuxarı Çiyni və Xələc kəndinin seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, şəhid atası Əli Vəliyev, təşviqat qrupunun üzvləri Rahib Rəsulov, Bəsirə Abbasova, Mirzalı Ağamalıyev, Rəna Cəfərova, Xaləddin Əsgərov çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan bu illər ərzində Ulu Öndərin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndi, regionun lider dövlətinə çevrildi. Nəhəng nəqliyyat, kommunikasiya, neft-qaz və enerji layihələrinin təşəbbüskarı olan Azərbaycan dünyaya sübut etdi ki, Cənubi Qafqazda ən güclü dövlətdir.

Bildirilib ki, güclü iqtisadi imkanlara malik olan Azərbaycan heç kimdən asılı olmayan müstəqil bir dövlətə çevrildi. Ölkəmizdə Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyev ideyalarını ardıcıllıqla həyata keçirir. 

Natiqlər seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal şəkildə iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Zəfərlər partiyası hesab olunan Yeni Azərbaycan Partiyasının layiqli namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.  

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri partiyanın veteran üzvü Əvəz Ağayev və şəhid atası Əhməd Əhmədovu ailəsini ziyarət ediblər.