YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvan seçiciləri inkişafın davamına səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Şirvan şəhərində seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Musa Quliyev, yerli təşviqat qrupunun üzvləri Adəm Hüseynov və Vasif Əlizadə çıxış ediblər.

Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq siyasəti barədə danışaraq qeyd ediblər ki, müvafiq dövlət proqramlarının uğurla icra olunması nəticəsində bütün regionlarımız inkişaf edib.

Görüşdə xalqımızın növbəti dəfə cənab İlham Əliyevə səs verəcəyinə əminlik ifadə olunub.