YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətimizin parlaq gələcəyinə...

Tovuzda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Tovuz şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvüləri Mücaməddin Axundov, Abbas Abbasov və Fəxriyyə Aslanova çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır.

Çıxış edənlər Vətən müharibəsi və 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini vurğulayıb, bu tarixi hadisələrin əhəmiyyətini milli inkişafımızın yeni mərhələsinin başlanğıcı kimi qeyd ediblər.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək dövlətimizin parlaq gələcəyinə, inkişafına, ölkəmizdəki əmin-amanlığa, bir sözlə, yeni Zəfərlərə səs verəcəklərini bildiriblər.