YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşalılar cənab İlham Əliyevin siyasətini dəstəkləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-da Şuşa rayonundan olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, təşviqat qrupunun üzvləri Kamalə Səfərova, Ağalar Əliyev və Anar Cəbizadə çıxış ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf kursunu böyük bacarıqla davam etdirir. Dövlət başçısının 20 illik fəaliyyəti dövründə Azərbaycan bütün istiqamətlərdə qazandığı tarixi nailiyyətlərlə dünya dövlətləri arasında layiqli yer tutub.

Natiqlər seçiciləri xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının  Himninin səsləndirilməsi ilə başa çatıb.