YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz Qarabağda bayrağımızı ucaldan qalib Liderdir!”

2024-cü il fevralın ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Ağdam rayonunun Təzəkənd və Birinci Dördyol qəsəbə Mədəniyyət Evində seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, təşviqat qrupunun üzvləri Məhəmməd Hüseynov, Elşən Əliyev, Valeh Abdullayev, qazi Şamil Əbilov çıxış ediblər.

Çıxışlarda qələbənin əhəmiyyəti, yeni mərhələdə aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş ərazilərdə gedən quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, qalib xalqın qalib Prezidenti xalqın Ona olan dəstəyindən əmindir.

Natiqlər  ölkənin tərəqqisi, gələcək inkişafı naminə qarşıdan gələn prezident seçkilərində hər kəsi cənab İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.

Sonda  Yeni Azərbaycan Partiyası Himni  səsləndirilib.