YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçkilərdə cənab İlham Əliyevin qələbəsi şübhəsizdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Sədərək rayonunun Dəmirçi kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov, Naxçıvan MR Ali Məclisinin deputatları Vüsalə Əliyeva, Nüsrət Həsənov, təşviqat qrupunun üzvləri Əli Ağayev, Vahid Şükürov, Həsən Rzayev və Sudeyf Əhmədov çıxış ediblər.

Çıxışlarda fevralın 7-ə təyin edilmiş prezident seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 20 ildə qazandığı naliyyətlərdən, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının bu gün də uğurla davam etdirilməsindən bəhs edilib. Bildirilib ki, uzun müddət işğal altında saxlanılmış torpaqlarımızın azad edilməsi, suverenliyimizin tam bərpa olunması ilə ölkəmiz yeni inkişaf dövrünə qədəm qoyub. Qarşıdan gələn prezident seçkiləri də yeni inkişaf dövrünün başlanğıcı kimi dəyərləndirilir.

Görüşün sonunda seçicilər Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəklədiklərini, Azərbaycanı parlaq gələcəyə aparan Liderə səs verəcəklərini vurğulayıblar.