YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatala rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Zaqatala rayonunda seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, təşviqat qrupunun üzvləri İbrahim İbrahimov, Famil Rəhimov,  Bəhruz Bayramov və Vasif İsrafilov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 ilin uğur salnaməsində qürurverici hadisələrin sayı-hesabı yoxdur. Natiqlər Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs ediblər.  Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev “dəmir yumruğ”u ilə torpaqlarımızı işğaldan azad etməklə, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və konstitusiya əsaslarını bərpa etməklə hər bir azərbaycanlının ən müqəddəs arzusunu yerinə yetirdi. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderliyi, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Diqqətə çatdırılıb ki, son 20 ilin tarixi  reallıqları Azərbaycan xalqının  2003-cü ildə nə qədər doğru seçim etdiyini göstərir. 

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və  qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər  vurğulayıblar ki, xalq hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.