YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail seçiciləri cənab İlham Əliyevin namizədliyini dəstəkləyirlər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Səbail rayonunda seçicilərlə, həmçinin Zeynalabdin Tağıyev küçəsi 15/3, 2-ci Badamdar küçəsi və İqor Ağayev 003 ünvanında yaşayan sakinlərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, təşviqat qrupunun üzvləri Nicat Hüseynov, Xanlar İmaməliyev, Bilal Həsənov, Bəhmən Kərimov, Rəşad Bayramov, İlham Cavadov, Əhliman Qarayev və Baba Bayramlı çıxış ediblər. Qeyd olunub ki, son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderliyi, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

Çıxış edən seçicilər ötən dövrdə həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini, seçkilərdə fəal iştirak edərək YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.