YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ordubad gəncləri qalib Liderə səs verəcək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Ordubad rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad  edilib.

Görüşdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, təşviqat qrupunun üzvləri Könül İsmayılova, Səkinə Tağıyeva, Əli Qənbərov və Səbinə Əliyeva çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğı, həyata keçirilən gənclər siyasəti haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, dövlət başçısı İlham Əliyevin siyasəti ölkəmizin təbii sərvətlərinin insan kapitalına çevrilməsinə, dövlətin dayanıqlı inkişafına yönəlib. Gənclərin ən böyük xoşbəxtliyi, ən dəyərli sərvəti məhz Azərbaycanın müstəqilliyi, sabitliyi və tərəqqisidir.

Görüş zamanı çıxış edən ilk dəfə səs verəcək seçicilər öz üzərlərinə düşən vətəndaşlıq borcunu sədaqətlə, ləyaqətlə və vicdanla yerinə yetirərək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, Ordubad rayonunun Xanağa kəndində də seçicilərlə görüş keçirilib. Görüşdə çıxış edən YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, təşviqat qrupunun üzvü  Əli Qənbərov, Həyat Məmmədova seçiciləri Azərbaycanın parlaq gələcəyi naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.