YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sözü imzası qədər qüvvətli olan qalib Lider!”

Nəsimi rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Nəsimi rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, Elsevər Ağayev və  Aysel Kərimova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib ordumuz erməni təcavüzkarlarını torpaqlarımızdan qovaraq ərazi bütövlüyünü bərpa edib. Bu, xalqımızın tarixi, heç vaxt unudulmayacaq qələbəsi və ədalətin təntənəsidir.

Natiqlər Prezident İlham Əliyevin Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən bir lider olduğunu bildirərək seçiciləri fevralın 7-də qalib Liderə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, Nəsimi rayonunun Asim Məhərrəmov, Hüseyn Seyidzadə və Cavadxan küçələrində sakinlərlə “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq görüşlər keçirilib.