YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə seçki marafonu davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də rayonun Yuxarı Qiyamadınlı və Arasbar kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyadov, təşviqat qrupunun üzvləri Radə Qafarova  və Əli Əliyev, şəhid atası Mahir Piriyev çıxış ediblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, müdrik xalqımızın ötən 20 ildə öz taleyini qəlbən inandığı siyasi Liderə etibar etməsi hazırda Azərbaycanın iqtisadi və siyasi cəhətdən müstəqil, milli maraqlarını layiqincə müdafiə edən, sayılıb-seçilən dövlətlərdən birinə çevrilməsinə imkan yaradıb. 2020-ci ildə ərazilərini işğaldan azad edən, 2023-cü ilin sentyabrında isə Qarabağdakı qanunsuz rejimin mövcudluğuna son qoyaraq suverenliyini bərpa edən Azərbaycan prezident seçkiləri ərəfəsindədir. Vurğulanıb ki, son 20 ilin uğurları xalqımızın 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində azad və tərəddüdsüz, həm də doğru seçim edəcəyinə şübhə yeri qoymur.

DİGƏR Xəbərlər Arxiv