YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderə dəstək olaq!

Xətai rayonunda seçicilərlə növbəti  görüş keçirilib

2024-cü il  fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş  cənab İlham Əliyevin  seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Xətai rayonunda seçicilərlə növbəti  görüş keçirilib.

Görüşdə YAP Xətai rayon təşkilatının  sədri Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, “91-lər”dən, professor Zahid Xəlil, təşviqat qrupunun üzvləri - Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Cəlal İbrahimli və başqaları  çıxış ediblər.  Çıxışlarda qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə ölkəmizin həyatında yeni dövr başlayıb. 7 fevral tarixli prezident seçkiləri yeni dövrün yeni hədəflərinin müəyyənləşdirilməsində stimul olacaq. Xalqımız bu seçkilərə böyük ruh yüksəkliyi ilə hazırlaşır. Azərbaycanın müstəqillik tarixində  ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək bu seçkilərdə soydaşlarımızın öz doğma yurd-yuvalarında səsvermə prosesində iştirakı qürurvericidir. 30 il idi ki, soydaşlarımız bu günü səbirsizliklə gözləyirdilər. Artıq üç ildən çoxdur ki, bu arzu reallığa çevrilib. Tarixi Zəfərimizin reallıqları fonunda Qarabağımız  və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələ-mərhələ  öz doğma yurd-yuvalarına qayıdırlar. Əsas hədəf 2026-cı ilədək bu ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin sayını 140 minə çatdırmaqdır.

  O da vurğulanıb ki, Yeni Azərbaycan Partiyası namizədi  cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasını  “Qalib xalqın qalib Lideri” devizi altında uğurla həyata keçirir. Seçicilərlə  keçirilən görüşlər bu qənaəti yaradır ki, xalqın yeganə seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir. Son 20 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirərək  Azərbaycanın müasir tarixinə zəfər səhifələri yazan, torpaqlarımızın xilaskarı kimi nüfuz qazanan cənab İlham Əliyev bundan sonra da ölkəmizi uğurla inkişaf etdirəcək, sözünün imzası qədər dəyərini artıracaq. Bunun üçün 7 fevral  növbədənkənar prezident seçkilərində fəal olmaq, gələcək hədəflərimizi yüksək səviyyədə reallığa çevirmək üçün səsvermə hüququmuzdan istifadə edərək qalib Liderə səs verək!

Qeyd edək ki, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə seçicilərlə fərdi, “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq "Babək 92”, “Seyid Əzim Şirvani 7”, “Babək 86” ünvanlarında yaşayan seçicilərlə görüşlər keçirib. Həmçinin Birinci Qarabağ müharibəsi şəhidi baş leytenant Hüseynov Səlahəddin Sabir oğlunun mənzilində olub.