YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvan seçiciləri qalib Lider İlham Əliyevi dəstəkləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Naxçıvan rayonunun Qaraxanbəyli kəndində seçicilərlə fərdi görüşlər keçirilib.

Təşviqat qrupunun üzvləri çıxışlar zamanı bildiriblər ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan misilsiz inkişaf yolu keçib.

Natiqlər seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal olmağa və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv