YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xoşbəxt gələcəyimizin qarantı

Şərurlu seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şərur şəhərində, eləcə də rayonun Axaməd və Qaraburc kəndlərində seçicilər ilə  görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, Naxçıvan MR Ali Məclisinin deputatları Nüsrət Həsənov, Yeganə Məmmədova, təşviqat qrupunun üzvləri Sabir Hacıyev, Tahir Əliyev, Musa Şirəliyev, Asəf Babayev, Güllü Aşurova, şəhid atası Əli İsmayılov çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki,  cənab İlham Əliyevin 20 illik hakimiyyəti dövründə ölkəmizdə iqtisadi yüksəlişin təmin edilməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm uğurlar əldə edilib. Natiqlər əminliklə qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi və yüksək səviyyədə inkişaf etdirilməsi qarşıdakı dövrdə də Azərbaycana yeni tarixi nailiyyətlər gətirəcək.  Cənab İlham Əliyev 7 fevral prezident seçkilərindən sonra xalqı öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.

DİGƏR Xəbərlər Arxiv