YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycana Zəfər yaşadan Lider!

Xızı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Xızı rayonunun Qarabulaq kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Xızı rayon təşkilatının sədr müavini Ümman Rüstəmli, təşviqat qrupunun üzvləri Həcər Rəsulova  və İlhamə Hüseynova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın rəşadətli ordusu 30 illik işğala son qoyub. 

Bildirilib ki, Azərbaycanda Prezident İlham Əliyevin bu seçkilərdə alternativi yoxdur.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycana uğurla rəhbərlik edən İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv