YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı seçiciləri ilə növbəti görüş...

2024-cü fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, təşviqat qrupunun üzvləri Aqil Məmmədov, İlahə Kərimova, Məhəmməd Məmmədov çıxış ediblər. Bildirilib ki, ötən 20 ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizdə hərtərəfli dinamik inkişafı təmin edərək qüdrətli ordu formalaşdırdı və xalqımıza Zəfər sevinci bəxş etdi.

Natiqlər xalqımızın seçicilərin bu dəfə də düzgün seçim edərək qalib Lider cənab İlham Əliyevə səs verəcəklərinə əmin olduqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv