YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leriklilər cənab İlham Əliyevə səs verəcəklər

Lerikdə seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Lerik rayonu Livədirqə kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, təşviqat qrupunun üzvləri Elnur Məmmədov, Elxan Qənbərov, Mahmud Zaidov, Gültəkin Şıxəliyeva və Elxan Əliyev  çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atıb. Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün ərazi bütövlüyünü təmin edib. İşğaldan azad olunmuş şəhər və rayonlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən qurulur, dirçəldilir.

Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində qalib xalqın qalib Lideri olan, xoşbəxt gələcəyimizin təminatçısı, 20 il ərzində ölkəmizə mühüm uğurlar qazandıran, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər qeyd ediblər ki, onlar növbəti dəfə cənab İlham Əliyevi dəstəkləyəcək, Azərbaycanın daha da güclənməsinə səs verəcəklər.

DİGƏR Xəbərlər Arxiv