YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan üçün taleyüklü məsələləri həll edib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Biləsuvar rayonunun Bağbanlar, Aranlı və Çinarlı kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşviqat qrupunun üzvlərindən Rəfiqə Cəfərova, Talıbağa Talıbov, Mirzə Cəfərov, Bəhruz Əliyev və Ramiz Əliyev çıxış ediblər. Çıxışçılar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs ediblər. Bildirilib ki, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Diqqətə çatdırılıb ki, bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək.

Natiqlər dövlətimizin inkişaf yolunda inamla irəlilədiyini qeyd edib, seçiciləri cənab İlham Əliyevi dəstəkləyərək onun ətrafında sıx birləşməyə çağırıblar.

Çıxış edən seçicilər Prezident İlham Əliyevin uğurlu fəaliyyətindən söz açaraq fevralın 7-də keçiriləcək seçkilərdə qalib Liderə yekdilliklə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv