YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsənlilərin seçimi bəllidir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Daşkəsən rayonunun Əmirvar və Əmirvar-Əhmədli kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə təşviqat qrupunun üzvləri Cavanşir Qocayev, Sərdar Xıdırov və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl edərək, Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Natiqlər kənd sakinlərini tarixi qələbəmizin memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləməyə çağırıblar.

Seçicilər isə çıxışlarında xalqımızın böyük etimadını və məhəbbətini qazanan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv