YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbələrin və zəfərlərin qarantı Qalib Lider İlham Əliyevdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Nizami rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Daha sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, mərkəzi təşviqat qrupunun üzvü Əli Əmirli, təşviqat qrupunun üzvləri Mayıl Əliyev və Həmidə Ələfsərova çıxış edərək ötən illər ərzində ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, iqtisadi islahatlardan, səhiyyə sahəsində və əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində atılan addımlardan danışıblar.

Seçicilər də fikirlərini bildiriblər ki, qalib Lider İlham Əliyevə səs verərək ölkəmizin davamlı inkişafını dəstəkləyəcəklər.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq fərdi görüşlər də keçiriblər.

DİGƏR Xəbərlər Arxiv