YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədililərin yekdil fikri - Seçimimiz İlham Əliyevdir

2024-cü il fevral 7 – də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş  İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21 – də  Ağcabədi rayonunun Poladlı və Taynaq kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, təşviqat qrupunu üzvləri Mahir Səlimov və Sevinc Quliyeva çıxış ediblər.

Görüş zamanı qeyd olunub ki,  Yeni Azərbaycan Partiyası seçkilərə “Qalib Xalqın Qalib Lideri!” şüarı ilə qatılıb.  Çıxış edənlər bildiriblər  ki, Azərbaycan  ərazi bütövlüyünə qovuşandan sonra keçirilən ilk prezident seçkiləri ölkənin ictimai-siyasi həyatında mühüm yeni bir dövrün başlanğıcı olacaq. Natiqlər daha böyük uğurlara nail olmaq üçün 7 fevralda keçiriləcək prezident seçkilərində seçiciləri yenidən YAP-ın namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv