YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişli rayonunda növbəti görüşlər...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da İmişli rayonunun Yuxarı Qaralar, Ölcələr, Soltanmuradlı kəndlərində, həmçinin rayon ağsaqqalları və ziyalıları seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid atası Əli Məmmədov, Vətən müharibəsi qazisi Fəyyaz Muradlı, təşviqat qrupunun üzvləri Novruz Quliyev, Saleh Səmədov, Çərkəz Yahyayev, Orucəli Qasımov, Sərvər Şirinov və Ramiz Əmirov çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan öz tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Biz qalib xalq olaraq Zəfər qazanmışıq.

Seçicilər isə ilk dəfə bütün ölkə ərazisində keçiriləcək seçkinin qazanılmış Qələbənin isbatı olduğunu vurğulayıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv