YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibarlı və inamlı gələcəyə səs verək!

Balakən rayonunda seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Balakən rayonunda seçicilərlə növbəti  görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, təşviqat qrupunun üzvləri Xanım Zurnayeva, Rəşid Musayev və digərləri çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi son 20 ildə ölkəmizin qazandığı uğurlardan bəhs edilib, tarixi Zəfərimizin əhəmiyyəti vurğulanıb.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və xalqımızı qalib xalq, dövlətimizi qalib dövlət edən qalib Lider, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər fevralın 7-də Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.

DİGƏR Xəbərlər Arxiv