YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firavan gələcəyin qarantı – cənab İlham Əliyev!

Gədəbəy rayonunda seçicilərlə görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Gədəbəy rayonunda ziyalılar və ağsaqqallarla görüşlər keçirilib.  

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bötüvlüyü  uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, təşviqat qrupunun üzvləri Müşfiq Bağırov, Günay Xudayarova, Seymur Söyünov, Nizami Zeynalov  və başqaları çıxış ediblər. Çıxışçılar dövlət başçısı İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin hər bir azərbaycanlıda qürur hissi doğurduğunu, 2016-cı ilin aprel döyüşlərində, 44 günlük müharibədə və 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirlərində ordumuzun şanlı qələbəsinin məhz qətiyyətli siyasətin məntiqi nəticəsi olduğunu vurğulayıblar.

Natiqlər əminliklə vurğulayıblar ki, Azərbaycan xalqı bu dəfə də özünün xoşbəxt və firavan gələcəyinin qarantı olan cənab İlham Əliyevə səs verəcək. 

Görüşdə çıxış edən seçicilər fevralın 7-də Azərbaycanı işıqlı sabaha aparan qalib Liderə səs verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv