YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfərimizin memarı

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Sadıqlı kəndində seçicilərlə, Muğanlı kəndində şəhid ailələri və kənd sakinləri ilə, YAP Ağstafa rayon təşkilatının inibati binasında Ağstafa rayonundan olan şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

Görüşdən əvvəl Ağstafa şəhərinin mərkəzində yerləşən “Şəhidlər Memorial” Abidə Kompleksi ziyarət olunub, abidə önünə tər gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Hüseyn Hüseynov, Ləman Cəlilova, Aqşin Quliyev və Şəfəq Heydərli çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşmüş, Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olmuşdur. Prezident İlham Əliyev iyirmi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib.  O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Natiqlər seçiciləri məğrur, mübariz Liderimiz - Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə iştirak edən seçicilər ölkəmizin inkişafının davamlı olması naminə 7 fevral prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Daha sonra Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv