YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazax rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin  seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazax rayonunda mədəniyyət və təhsil  sahəsində çalışan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himninin səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri İlham Pirməmmədov, Bəsdi Ələkbərova,  İsgəndər Qurbanov, Gülnaz Alişanova, Fərhad Qocamanov, Cavanşir Rüstəmov,  Xatın Hüseynxanova,  Məmməd Yusifov, Barat Alıyev  və şəhid atası Müqabil Məmmədov çıxış ediblər. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrin, o cümlədən mədəniyyət və təhsil sahələrinin böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıblar.

Çıxış edənlər  Qazax rayonunun seçicilərini  fevralın 7 -də hamılılqla seçki məntəqələrinə gələrək  seçkilərdə  yüksək fəallıq göstərməyə, Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının  namizədi cənab İlham Əliyevə   səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval - ruhiyyədə başa çatıb.   

Qeyd edək ki, kampaniya çərçivəsində Qazax şəhərinin Ə.Şıxlinski küçəsində seçicilərlə fərdi görüşlər keçirilib.