YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Daha firavan gələcəyimiz üçün qalib Liderə səs verək!”

Astara rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Astara rayonunun Təngərüd və Maşxan kəndindən olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov, rayon təşkilatının sədri müavini Vüqar Abbasov, təşviqat qrupunun üzvləri Elçin Məmmədəliyev, Zülfi Həbibov,  Oktay Əmənullayev və Adil Rzayev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqı 20 il öncə cənab İlham Əliyevi Prezident seçməklə öz xoşbəxt gələcəyini, ərazi bütövlüyünü və suverenliyini təmin edib.

Natiqlər əminliklə bildiriblər ki, xalqımız bu dəfəki seçkilərdə də Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevi dəstəkləyəcəklər.

Seçicilər də çıxışlarında diqqətə çatdırıblar ki, ərazi bütövlüyü və suverenliyi təmin olunan Azərbaycanın məğrur, yenilməz xalqının hər bir nümayəndəsi kimi astaralılar da fevralın 7-də cənab İlham Əliyevə səs verəcəklər.

Qeyd edək ki, Astara şəhərinin H.Əliyev prospektində fərdi görüşlər də keçirilib.