YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amalımız inkişaf, seçimimiz İlham Əliyevdir!

Ağdam rayonunda məskunlaşan kəlbəcərli seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Ağdam rayonunun “Dördyol-1” qəsəbəsində məskunlaşan kəlbəcərli seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Aqil Məmmədov, təşviqat qrupunun üzvləri Məhiyəddin Abdurəhmanov,  Yaşar Quliyev, Vəzir Abbasov, Zamin Asifzadə və başqaları çıxış ediblər. Çıxışlarda ölkəmizdə bu siyəsətə alternativ olmadığı qeyd edilib. Vurğulanıb ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir. Xalqımız həmişə cənab İlham Əliyevin ətrafında sıx birləşməli, 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verməlidir.

Seçicilər seçki kampaniyasında fəal iştirak edəcəklərini, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. Bu seçim son 20 ilin reallıqlarının təqdimatı olacaq.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.