YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib xalqın qalib Lideri İlham Əliyevlə davam!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Naxçıvan şəhərinin Bulqan kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Naxçıvan MR Ali Məclisinin deputatı İsmayıl Qəribli, təşviqat qrupunun üzvləri Emin Şıxəliyev, Urfullah Qurbanov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışıb, Vətən müharibəsi günlərində döyüşən orduya tapşırıqlarını birbaşa özü verib. Prezident İlham Əliyevin komandanlığı altında şanlı Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində xalqımıza bəxş etdiyi möhtəşəm Zəfər, erməni separatizminin ərazilərimizdə kökünün kəsilməsi bütün dünya azərbaycanlılarının qəlbində cənab İlham Əliyevə olan sevgini sonsuza qədər artırıb.

Çıxış edən seçicilər ötən dövrdə həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini, seçkilərdə fəal iştirak edərək YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.