YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycanın uğurlu gələcəyinin yeganə qarantıdır!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Neftçala rayonunun Xıllı qəsəbəsində, Boyat, Ballıcallı və Dördlər kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, təşviqat qrupunun üzvləri Fərhad Baxışov, Valeh Tağıyev, Baloğlan Ağamalıyev, Bədirə Niftalıyeva, Elnur Abdıyev və Nəcibə Abdullayeva çıxış ediblər.

Çıxış edən natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafına diqqət çəkiblər. Bildirilib ki, Qarabağ məsələsinin həlli kimi taleyüklü və tarixi missiyanı uğurla başa çatdıran Müzəffər Ali Baş Komandan Azərbaycanın işıqlı sabahının yeganə qarantıdır. Seçicilər cənab İlham Əliyevi dəstəkləməklə sabahımızın, gələcək nəsillərin firəvan həyatına səs vermiş olacaqlar.

Görüşlərdə iştirak edən seçicilər Prezident İlham Əliyevə alternativ görmədiklərini, bütün seçkilərdə olduğu kimi bu dəfə də ona səs verəcəklərini bildiriblər.